Maradona fikrini dəyişdi, müqaviləsini uzadıb

Dieqo Maradona Birləşmiş Ərəb Əmirliklərinin I Divizionunda çıxış edən "Əl-Fucayra" komandasının baş məşqçi postundan işini davam etdirəcək.  57 yaşlı mütəxəssislə bir illik müqavilə bağlanılıb. Aprelin 28-də Maradonanın komandanı yüksək liqaya çıxara bilmədiyi üçün istefa verdiyi bildirilirdi. Lakin o, postunda qalaraq, sözləşməsinin müddətini uzadıb. 

"Əl-Fucayra" "Hatta" komandası ilə yüksək diviziona vəsiqə uğrunda mayın 9-da və 13-də "pley-off" oyunları keçirəcək. 

Qeyd edək ki, Dieqo Maradona ötən ilin mayından "Əl-Fucayra"ya rəhbərlik edir. O, 2008 - 2010-cu illərdə Argentina millisinin baş məşqçisi olub. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31