“Qalatasaray”ın prezidenti qəzaya düşdü

"Qalatasaray"ın prezidenti Mustafa Cengiz avtomobil qəzasına düşüb.

Hadisə dünən gecə "Beşiktaş"la oyundan sonra baş verib. 

Matçdan  sonra evinə qayıdan klub rəhbərinin sürücüsünün idarə etdiyi avtomobil avtobusla toqquşub. Ciddi xəsarət alan olmayıb.

Xatırladaq ki, "Qalatasaray" "Beşiktaş"da 2:0 hesabı ilə qalib gələrək liderliyini davam etdirib.

Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31