"Rəqib layiqli qələbə qazandı" - Simeone

"Atletiko"nun (Madrid) baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının qrup mərhələsində "Olimpiakos"a məğlubiyyəti (2:3) şərh edib. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, rəqibin layiqli qələbə qazandığını deyib: "Matçın çətin keçəcəyini bilirdik. Birinci hissədə qol vurmaq şanslarımız var  idi, ancaq rəqib daha yaxşı hücum etdi. "Olimpiakos" layiqli qələbə qazandı. Heç kəs "Olimpiakos"un qrupda qalacağını iddia edə bilməz. Onlar biz və "Atletiko" ilə mübarizə aparacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31