"Barselona" "APOEL"-ə, "Bavariya" "Mançester Siti"-yə qarşı

Bu gün Çempionlar Liqasının qrup mərhələsində ilk turun oyunlarına yekun vurulacaq.qol.az xəbər verir ki, ikinci oyun gününə daha 8 qarşılaşma nəzərdə tutulub.E qrupunda "Bavariya" "Mançester Siti"ni, "Roma" isə Moskva ÇSKA-sını qəbul edəcək.F qrupunda "Barselona" öz meydanında Kiprin APOEL klubu ilə qarşılaşacaq. Qrupun digər oyununda PSJ "Ayaks"ın qonağı olacaq.G qrupunda "Çelsi" doğma meydanda "Şalke"ni sınağa çəkəcək. Qrupun digər matçında "Maribor" və "Sportinq" klubları üz-üzə gələcək.H qrupunda isə "Portu" BATE-ni , "Atletik" (Bilbao) isə Donetsk "Şaxtyor"unu qəbul edəcək.

17 sentyabr

Çempionlar Liqası, qrup mərhələsinin ilk turu

E qrupu
23:45. "Bavariya" (Almaniya) - "Mançester Siti" (İngiltərə)
23:45. "Roma" (İtaliya) - CSKA (Moskva, Rusiya)

F qrupu
23:45. "Ayaks" (Hollandiya) - PSJ (Fransa)
23:45. "Barselona" (İspaniya) - APOEL (Kipr)

G qrupu
23:45. "Çelsi" (İngiltərə) - "Şalke" (Almaniya)
23:45. "Maribor" (Sloveniya) - "Sportinq" (Portuqaliya)

H qrupu
23:45. "Portu" (Portuqaliya) - BATE (Belarus)
23:45. "Atletik" (Bilbao, İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31