"Qarabağ"ın rəqibində ciddi itki

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "İnter" klubu "Dnepr"lə oyuna itkilərlə çıxacaq. Qol.Az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, Milan təmsilçisinin baş məşqçisi Valter Mazzari iki futbolçusu - müdafiəçi Conatan və yarımmüdafiəçi Qari Medelin xidmətindən yararlana bilməyəcək. Braziliyalı müdafiəçi zədə səbəbindən, çilili yarımmüdafiəçi isə cəzalı olduğu üçün Kiyevdəki matçda forma geyinməyəcək. Əvəzində Nemanya Vidiç və zədədən qayıdan Rodriqo Palasio "Dnepr"lə görüşdə iştirak edə biləcək.

Qeyd edək ki, "Dnepr" - "İnter" oyunu sentyabrın 18-də, Bakı vaxtı ilə saat 00:05-də başlayacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31