Braziliya klubunun 21 xalı silindi

Braziliya İdman Məhkəməsi (BİM) B seriyasında mübarizə aparan "Amerika Mineyro" klubunu ağır cəzalandırıb. Qol.Az-ın Braziliya mətbuatına istinadən verdiyi məlumata görə, komandanın 21 xalı silinib. Buna "Amerika Mineyro" klubunun Eduardo adlı futbolçunun transferində qayda pozuntusuna yol verməsi səbəb olub. B Seriyanın digər təmsilçisi "Joinville" klubu Eduardonun "Amerika Mineyro" ilə yanaşı, "Sao Bernardo" və "Portugesa" komandalarında da forma geyindiyi iddiasıyla məhkəməyə müraciət edib. Adı çəkilən futbolçu "Amerika Mineyro" klubunun formasını cəmi bir dəfə geyinib, ancaq Eduardonun adı 3 fərqli oyunun heyətində yer alıb. Bu səbəbdən BİM "Amerika Mineyro"nun 21 xalını silib.

Qeyd edək ki, "Amerika Mineyro" klubunun ağır cəzanın ləğv edilməsi üçün apellyasiya məhkəməsinə şikayət edəcəyi, buradan istənilən nəticəni almayacaqları təqdirdə FİFA müraciət edəcəkləri bildirilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31