Blatterin ilk rəqibi müəyyənləşdi
16 Sentyabr 2014 19:25 İdmanGələn il keçiriləcək prezidenti seçkilərində yenidən namizədliyini irəli sürəcək FİFA-nın prezindeti Yozef Blatterin rəqibləri bəlli olmağa başlayıb. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, fransalı Jerome Çampayn prezident seçkiləri üçün namizədliyini irəli sürdüyünü açıqlayıb. 56 yaşlı keçmiş diplomat J.Çampayn 1999-2000-ci illərdə FİFA-da işləyib. O, son dörd ildə fərqli futbol federasiyalarında məsləhətçi vəzifəsində çalışıb.
Qeyd edək ki, Y.Blatter 1998-ci ildən FİFA-nın prezidentidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31