Bundesliqa klubunun baş məşqçisi qovuldu
16 Sentyabr 2014 19:10 İdmanAlmaniya "Hamburq" klubunun baş məşqçisi Mirko Slomka komandadan qovulub. Qol.Az-ın "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, buna komandanın mövsümə uğursuz start verməsi səbəb olub. "Hamburq"un Bundesliqanın III turunda səfərdə "Hannover"ə 0:2 hesabı ilə uduzmasından sonra rəhbərlik Slomko ilə yolları ayırmağı qərara alıb.
Qeyd edək ki, "Hamburq" Bundesliqada geridə qalan 3 turdan sonra 1 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31