“Neftçi” və “Xəzər Lənkəran”ın oyunçularına cəza

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Premyer Liqanın beşinci turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb. Azərbaycan Premyer Liqasının V turunun "Neftçi" - "Xəzər Lənkəran" matçında "Neftçi"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 40-cı dəqiqəsində "Neftçi" klubunun  futbolçusu Saşa Stamenkoviç sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində "Xəzər Lənkəran" klubunun futbolçusu Tieqo de Xesus idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. Azərbaycan Premyer Liqasının V turunun "Simurq" - "Qəbələ" matçında "Simurq" klubunun 5 , "Qəbələ"  klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub. Oyunun 86-cı dəqiqəsində "Qəbələ" klubunun futbolçusu Aleksandru Benqa idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olub. Matçın 20-ci dəqiqəsində "Simurq" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31