"Lokomotiv"in baş məşqçisi istefaya göndərildi
16 Sentyabr 2014 16:15 İdman"Lokomotiv" (Moskva) klubunun baş məşqçisi Leonid Kuçuk istefaya göndərilib. Milli.Az qol.az-a istinadən xəbər verir ki, klub prezidenti Olqa Smorodski ilə görüşən belaruslu mütəxəssis komandadan ayrılıb. İstefanın səbəbləri hələlik məlum deyil. Lakin baş məşqçi ilə rəhbərlik arasında kiçik münaqişənin yarandığı və L.Kuçukun klubun ofisini tərk etdiyi bildirilir.
Qeyd edək ki, ötən mövsümdən "Lokomotiv"i çalışan 55 yaşlı mütəxəssisin komandadan ayrılması yaxın günlərdə rəsmən açıqlanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31