“Avro-2016”nın seçmə oyunları başladı

Ötən gecə futbol üzrə 2016-cı ildə keçiriləcək Avropa Çempionatının seçmə mərhələsinin oyunlarına start verilib.Modern.az-ın məlumatına görə, ilk oyun günündə 3 qrupda 8 oyun keçirilib."Avro-2016"nın ilk seçmə oyunları Azərbaycan azarkeşləri üçün dıə maraqlı olub. Belə ki, qonşularımız Gürcüstan Tiflisdə İrlandiya ilə, Ermənistan isə səfərdə Danimarka ilə qarşılaşıb.

D qrupu

Almaniya - Şotlandiya - 2:1
Cəbəllütariq - Polşa - 0:7
Gürcüstan - İrlandiya - 1:2

F qrupu

Farer Adaları - Finlandiya - 1:3
Yunanıstan - Rumıniya - 0:1
Macarıstan - Şimali İrlandiya - 1:2

İ qrupu

Portuqaliya - Albaniya - 0:1
Danimarka - Ermənistan - 2:1

Qeyd edək ki, Azərbaycan milli komandası "Avro-2016"nın ilk seçmə oyununu sabah- sentyabrın 9-da Bolqarıstana qarşı keçirəcək. Oyun Bakıda baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31