Respublika stadionunun ot örtüyü üçün 400 min AVRO
8 Sentyabr 2014 10:24 İdmanTofiq Bəhramov adına Respublika stadionuna döşənəcək hazır ot örtüyünün qiyməti müəyyənləşib. Lent.az-ın sportnet.az-a istinadən məlumatına görə, mərkəzi arenadakı örtüyün dəyişdirilməsi 400 min avroya başa gələcək."Xalı" Hollandiyadan xüsusi soyuducuya yerləşdirilərək, Bakıya gətiriləcək. Ot örtüyünün dəyişdirilmə prosesi sentyabrın 18-dək yekunlaşacaq. Həmin gün "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ilk turunda Fransa "Sent Etyen"ini mərkəzi arenada qəbul edəcək. Matç saat 21:00-da başlanacaq.Qeyd edək ki, Respublika stadionunun hazırkı ot örtüyü yayda havaların isti keçməsi ilə əlaqədar yararsız vəziyyətə düşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31