Gecənin sensasiyası: Portuqaliya məğlub oldu
8 Sentyabr 2014 09:13 İdmanÖtən gün AVRO-2016-nın qrup mərhələsinin oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, azarkeşlər 3 qrupda 8 oyuna şahidlik edib.
Öz meydanında İrlandiyanı qəbul edən Gürcüstan 1:2 hesabı ilə uduzub. Almaniya isə Şotlandiyanı eyni hesabla məğlub etməyi bacarıb.
Polşa isə ilk dəfə qrup mərhələsində mübarizə aparan Cəbbəllütariqi səfərdə top atəşinə tutub - 0:7.
Günün ən sensasiya doğuraca hesabı Portuqaliyada baş verib. Belə ki, prineylilər doğma publika qarşısında Albaniyaya minimal hesabla (0:1) uduzub.
Qeyd edək ki, Azərbaycan milli komandası AVRO-2016-nın qrup mərhələsində ilk oyununu sentyabrın 9-da evdə keçirəcək. Qarşılaşma saat 21:00-da start verəcək.
AVRO-2016-nın seçmə mərhələsi
7 sentyabr
D qrupu
Gürcüstan - İrlandiya - 1:2
QOLLAR: Okriaşvili, 38 - Makqidi, 24; 90+1
Almaniya - Şotlandiya - 2:1
QOLLAR: Müller, 13; 70 - Anya, 66
Cəbbəllütariq - Polşa - 0:7
QOLLAR: Qrosiçki, 11; 48, Levandovski, 50; 53; 86; 90+2, Szukala, 58
F qrupu
Macarıstan - Şimali İrlandiya - 1:2
QOLLAR: Priskin, 75 - MakQinn, 81, Lafferti, 88
Farer adaları - Finlandiya - 1:3
QOLLAR: Holst, 41 - Riski, 53; 78, Yeremenko, 82
Yunanıstan - Rumıniya - 0:1
QOL: Marika, 10
I qrupu
Danimarka - Ermənistan - 2:1
QOLLAR: Hoybyerq, 65, Kahlenberq, 80 - Mxitaryan, 50
Portuqaliya - Albaniya - 0:1
QOL: Balay, 52
- See more at: http://axar.az/news/28807#sthash.enxrSMjL.dpuf