"Dərsimi aldım" - Luis Suares

FİFA tərəfindən 4 aylıq futboldan kənarlaşdırılan "Barselona"nın yeni transferi Luis Suares maraqlı fikirləri ilə diqqət çəkib. Qol.Az-ın məlumatına görə, "Marca" qəzetinə danışan uruqvaylı futbolçu cəza səbəbindən "Barselona"nın oyunlarını kənardan izləməyin əziyyətini çəkdiyini bildirib: "Barselona"nın oyunlarını kənardan izləyərkən əzab çəkirəm. cəzamın az bir hissəsi geridə qalıb və artıq indidən komandamın oyunlarını çarəsizcə izləməyin sıxıntılarını yaşayıram. Sadəcə, danışa və ya bağıra bilərəm. Bu vəziyyətlə barışa bilmirəm. Dərsimi aldım. Artıq çox diqqətli olmalıyam. İngiltərədə də belə vəziyyətlə qarşılaşmışdım və öhdəsindən gəlmişdim. Belə təzyiq altında oynamağa adət etmişəm". Xatırladaq ki, Suares "DÇ-2014"ün qrup mərhələsində İtaliya ilə matçda rəqib futbolçu Corcio Kyellininin çiynini dişlədiyi üçün FİFA tərəfindən dörd ay müddətinə futboldan kənarlaşdırılıb və onun millinin heyətində doqquz oyunda meydana çıxmasına qadağa qoyulub.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31