Yığmamız dünya çempionatına qələbə ilə başladı

İtaliyanın Jesolo şəhərində təşkil olunmuş dünya çempionatının seçmə mərhələsində çimərlik futbolu üzrə Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib. Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Çexiya yığması ilə qarşılaşan futbolçularımız 4:1 hesabı ilə qələbə qazanıb. Əli Hüseynovun dubl etdiyi oyunda hərəyə bir dəfə Asif Zeynalov və Sabir Allahquliyev fərqlənib. Millimiz növbəti oyununu sentyabrın 7-də İspaniya yığmasına qarşı keçirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31