Kurtua daha beş il "Çelsi"də

Tibo Kurtua "Çelsi" ilə yeni  - beş illik müqavilə imzalayacaq. Qol.Az-ın məlumatına görə, bu barədə gənc qolkiper "Sky Sports"a deyib. Hazırda Belçika millisinin düşərgəsində olan futbolçu bildirib ki, Londona qayıtdıqdan sonra yeni müqaviləyə imza atacaq.

Qeyd edək ki, T.Kurtua ötən mövsüm icarə əsasında "Atletiko" oynayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31