Azərbaycan - Bolqarıstan oyununu rəqib komandaların nümayəndələri də izləyəcək

Rəqib komandaların nümayəndələri millimizin oyununu izləyəcəklər. Trend AFFA-ya istinadən məlumat verir ki, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-u saat 21:00-da, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Bolqarıstan oyununu millimizin mübarizə apardığı H qrupundakı digər komandaların da nümayəndələri izləyəcəklər. Xorvatiyadan Andrey Panadiç və Boris Kubla, Norveçdən Petter Rudi, İtaliyadan isə Marko Skarpa sentyabrın 9-da "Bakcell Arena"da olacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31