"Barselona"dan inamlı qələbə VIDEO

"Elçe"ni qonaq edən kataloniyalılar oyundan 3:0 hesabı ilə qalib ayrılıb

"Barselona" yeni mövsümə qalibiyyətlə başlayıb.

ANS PRESS-in məlumatına görə, La Liqanın ilk həftəsində "Elçe"ni qonaq edən kataloniyalılar oyundan 3:0 hesabı ilə qalib ayrılıb.

Çempionluğun ən güclü namizədlərindən olan "Barselona"nın qonaq komanda qarşısında qurduğu təzyiq 42-ci dəqiqədə bəhrə vərib. Ev sahibinin ilk qolunu Messi vurub.

"Barselona"nın qol sevinci çox uzun davam etməyib. Bu qoldan 2 dəqiqə sonra Maskerano kobud müdaxiləyə görə qırmızı kart alaraq meydançanı tərk edib. İlk yarı minimal hesabla başa çatıb.

Oyunun ikinci dövrəsinə "Barselona" çox sürətli başlayıb.

Belə ki, 46-cı ​​dəqiqədə səhnəyə çıxan El Haddadi topu tora ataraq hesabı 2-0-a gətirib. Qol pərdəsini 64-cü dəqiqədə Messi bağlayıb. Matç 3:0 hesabı ilə "Barselona"nın xeyrinə başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31