“Qarabağ” və “Neftçi”nin oyunları təxirə salındı

"Qarabağ" və "Neftçi" klublarının Azərbaycan Premyer Liqasının III turunun oyunları təxirə salınıb."Qafqazinfo" Peşəkar Futbol Federasiyanın saytına istinadən xəbər verir ki, "Qarabağ" və "Neftçi" klubları Peşəkar Futbol Liqasına müraciət edərək, UEFA Avropa Liqasının pley-off mərhələsində çıxış etdiklərini və hər iki klubun ölkəmizi bu turnirin qrup mərhələsində təmsil etmək şansının yüksək olduğundan Topaz Premyer Liqasının III turunun "Araz Naxçıvan" - "Qarabağ" və AZAL - "Neftçi" matçlarının təxirə salınmasını xahiş ediblər.Yuxarıda göstərilənləri və yarışların əsasnaməsinin 3.19 bəndini nəzərə alaraq, Topaz Premyer Liqasının III turunun "Araz Naxçıvan" - "Qarabağ" və AZAL - "Neftçi" matçları başqa tarixə keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31