Avropa Liqası: "Qarabağ" "Tvente"yə qalib gələ bilmədi, "Neftçi" "Partizan"a məğlub oldu
22 Avqust 2014 09:43 İdmanBu gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilib.
qol.az-a bildirir ki, turnirdə təmsilçilərimizdən olan "Neftçi"də bu gün meydana çıxıb.
Böyükağa Hacıyevin komandası səfərdə Serbiyanın "Partizan" klubu ilə qarşılaşıb. Bakı vaxtı ilə saat 23:15-də başlayan görüşdə qapılara 5 qol vurulub.
Xatırladaq ki, "Neftçi" 2012/2013 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Partizan"la eyni qrupda mübarizə aparmışdı. Bu komandalar arasında Serbiyada baş tutan ilk görüşdə qapılara qol vurulmamışdı - 0:0. Bakıdakı cavab qarşılaşmasında da qalib müəyyənləşməmişdi. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk etmişdi.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.
Avropa Liqası, pley-off mərhələsinin ilk oyunları
23:15. "Partizan" (Serbiya) - "Neftçi" (Azərbaycan) - 3:2
Qollar: Denis Silva, 11 (0:1), 17 (0:2), Denis Silva, 29-avtoqol (1:2), Qrbiç, 32 (2:2), Elvin Yunuszadə, 69-avtoqol (3:2)
Hakimlər: Hüseyin Göçek, Mustafa Emre Eyisoy, Orkun Aktaş, Süleyman Abay (Türkiyə)
"Partizan": Lukaç, Vuliçeviç, Petroviç, Stankoviç (k), B. İliç, Brasanaç, Ninkoviç, Qrbiç, Drinçiç, Lazoviç, Şkuletiç
"Neftçi": Saşa Stamenkoviç, Denis Silva, Elvin Yunuszadə, Bruno Bertuççi, Araz Abdullayev, Flavinyo (k), Julius Vobay, Erik Ramos, Sesilyo Kaue, Mirhüseyn Seyidov, Ernest Nfor.
---------------
22.09.204
00:48
"Neftçi" "Partizan"a uduzur.
"Partizan" - "Neftçi" - 3:2 (2-ci hissə)
Qollar: D.Silva, 11 (0:1), D.Silva, 17 (0:2), D.Silva, 29-öz qapısına (1:2), P.Qrbiç, 32 (2:2), E.Yunuszadə, 69 (3:2)
--------------
21.09.204
23:57
apasport.az bildirir ki, "Neftçi" üstünlüyü əldən verdi.
"Partizan" (Serbiya) - "Neftçi" - 2:2
Qollar: Silva, 11; 17 - Silva, 29 (avtoqol); Qrbiç, 32
Baş hakim: Hüseyin Göcek.
---------
23:45
Milli.Az azerisport-a istinadən bildirir ki, "Neftçi" rəqib qapısına 2 qol vurub.
Avropa Liqası
Pley-off mərhələsi (ilk oyun)
21 avqust
Partizan - Neftçi - 0:2 (1-ci hissə)
Qollar: D.Silva, 11 (0:1), D.Silva, 17 (0:2).
Sarı vərəqə: Flavinyo, 7, P.Qrbiç, 19.
Hakimlər: Hüseyin Göçek, Mustafa Emre Eyisoy, Orkun Aktaş, Süleyman Abay (Türkiyə).
Belqrad. "Partizan" stadionu.
Partizan: 25. Milan Lukaç, 4. Miroslav Vuliçeviç, 5. Nemanya Petroviç, 6. Voyislav Stankoviç (k), 30. Branko İliç, 8. Darko Braşanaç, 11. Nikola Ninkoviç, 14. Petar Qrbiç, 18. Nikola Drinçiç, 27. Danko Lazoviç, 32. Petar Şkuletiç.
Ehtiyat oyunçular: 1. Jivko Jivkoviç, 40. Miloş Ostoyiç, 17. Andreya Jivkoviç, 21. Saça Markoviç, 22. Saşa İliç, 36. Nikola Qulan, 10. İsmael Fofana.
Baş məşqçi: Marko Nikoliç.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. Elvin Yunuszadə, 16. Bruno Bertuççi, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 10. Julius Vobay, 15. Erik Ramos, 18. Kaue, 19. Mirhüseyin Seyidov, 90. Ernest Nfor.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 11. Nikolas Kanales, 17. Nicat Qurbanov, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov, 25. Cavid İmamverdiyev, 21. Samir Məsimov.
Baş məşqçi: Böyükağa Hacıyev.
--------
23:06
Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir.
Milli.Az azerisport.az-a istinadən xəbər verir ki, Azərbaycanın bu turnirindəki təmsilçilərindən biri - ölkə kubokunun son qalibi "Neftçi" də növbəti sınağına çıxır.
Paytaxt klubu Serbiya "Partizan"ı ilə mübarizə aparır. Komandamız səfərdəki ilk görüşdən sərfəli nəticə qazanmağa borcludu. Əks halda Bakıdakı cavab oyununda növbəti mərhələyə vəsiqəni təmin etmək çətinləşə bilər.
Avropa Liqası
Pley-off mərhələsi (ilk oyun)
21 avqust
23:15. Partizan - Neftçi
Hakimlər: Hüseyin Göçek, Mustafa Emre Eyisoy, Orkun Aktaş, Süleyman Abay (Türkiyə).
Belqrad. "Partizan" stadionu.
Partizan: 25. Milan Lukaç, 4. Miroslav Vuliçeviç, 5. Nemanya Petroviç, 6. Voyislav Stankoviç (k), 30. Branko İliç, 8. Darko Braşanaç, 11. Nikola Ninkoviç, 14. Petar Qrbiç, 18. Nikola Drinçiç, 27. Danko Lazoviç, 32. Petar Şkuletiç.
Ehtiyat oyunçular: 1. Jivko Jivkoviç, 40. Miloş Ostoyiç, 17. Andreya Jivkoviç, 21. Saça Markoviç, 22. Saşa İliç, 36. Nikola Qulan, 10. İsmael Fofana.
Baş məşqçi: Marko Nikoliç.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. Elvin Yunuszadə, 16. Bruno Bertuççi, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 10. Julius Vobay, 15. Erik Ramos, 18. Kaue, 19. Mirhüseyin Seyidov, 90. Ernest Nfor.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 11. Nikolas Kanales, 17. Nicat Qurbanov, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov, 25. Cavid İmamverdiyev, 21. Samir Məsimov.
Baş məşqçi: Böyükağa Hacıyev.
----------
22:51
Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir.
Milli.Az apasport.az-a istinadən bildirir ki, Azərbaycan çempionu "Qarabağ" cari mövsüm qitənin ikinci dərəcəli klub turnirində birinci matçına Bakıda çıxıb.
Çempionlar Liqasında uğursuzluq yaşayan və mübarizəni daha zəif turnirdə davam etdirən Ağdam təmsilçisi Hollandiya "Tvente"si ilə qarşılaşıb. Tarixində 4-cü dəfə Avropa Liqasının pley-offunda oynayan Qurban Qurbanovun yetirmələri tilsimi qırmağa çalışsalar da, qrup mərhələsinə yüksələcək komandanın adına 1 həftə sonra səfərdə aydınlıq gələcək.
Belə ki, bu mərhələdə qələbə qazanmayan "Qarabağ" yenə rəqibini məğlub edə bilməyib. Komandamızın bir qədər zəif çıxışına isə oyun qurucumuz Çumbinyonun zədə səbəbindən oyunu buraxması olub. Bundan əlavə, əsasən gənclərə bel bağlayan Qurbanov onlardan istədiyini ala bilməyib. Bakıda yenə qolsuz bərabərlik qeydə alınıb.
Avropa Liqası
Pley-off mərhələsi, ilk oyunlar
21 avqust
"Qarabağ" - "Tvente" (Hollandiya) - 0:0
Baş hakim: Manuel Qrafe (Almaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
QARABAĞ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 10. Muarem Muarem, 11. Danilo Dias, 20. Riçard Almeyda, 41. Leroy Corc.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 24. Admir Teli, 7. Namiq Yusifov, 77. Cavid Tağıyev, 99. Namiq Əsgərov, 17. Vüqar Nadirov.
Baş məşqçi: Qurban Qurbanov.
TVENTE: 1. Nik Marsman, 2. Kuko Martina (k), 4. Derril Laxman, 5. Robbert Şilder, 17. Rasmus Benqtsson, 8. Kayl Ebesilio, 22. Kamohelo Mokotco, 7. Yuness Moktar, 10. Hakim Ziyex, 30. Luk Kastaynyos, 33. Kasper Kusk.
Ehtiyat oyunçular: 20. Sonni Stivens, 15. Diko Koppers, 16. Tim Breukers, 23. Yoaxim Andersen, 18. Tim Hölşer, 19. Şadraç Eqhan, 9. Torqeyr Börven
Baş məşqçi: Alfred Şroyder
---------
21:00
Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycanın bu turnirindəki təmsilçilərindən biri - son ölkə çempionu "Qarabağ" da Avropada növbəti sınağına çıxır.
Ağdam klubu Hollandiya "Tvente"si ilə mübarizə aparır. Cavab oyunu səfərdə olacağı üçün komandamız Bakıdakı ilk görüşdən sərfəli nəticə qazanmağa borcludu.
Avropa Liqası
Pley-off mərhələsi (ilk oyun)
21 avqust
Qarabağ - Tvente - 0:0 (1-ci hissə)
Hakimlər: Manuel Qrafe, Holger Henşel, Kristian Gittelmann, Quido Vinkmann (Almaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 10. Muarem Muarem, 11. Danilo Dias, 20. Riçard Almeyda, 41. Leroy Corc.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 7. Namiq Yusifov, 77. Cavid Tağıyev, 17. Vüqar Nadirov, 24. Admir Teli, 99. Namiq Ələsgərov.
Baş məşqçi: Qurban Qurbanov.
Partizan: 1. Nik Marsman, 2. Kuko Martina (k), 4. Darril Laxman, 5. Robbert Şilder, 17. Rasmus Benqtsson, 8. Kayl Ebesilio, 22. Kamohelo Mokotjo, 7. Yuness Moxtar, 10. Hakim Ziyex, 30. Luk Castaynos, 33. Kasper Kusk.
Ehtiyat oyunçular: 20. Sonni Stevens, 15. Diko Koppers, 16. Tim Brukers, 23. Yoaxim Andersen, 18. Tim Hölşer, 19. Şadrax Eqan, 9. Torqeyr Borven.
Baş məşqçi: Alfred Şreyder.
----------
09:09
Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir. Milli.Az azerisport.az-a istinadən xəbər verir ki, Azərbaycanın bu turnirdəki təmsilçilərindən ikisi - son ölkə çempionu "Qarabağ" və ölkə kubokunun son qalibi "Neftçi" də Avropada növbəti sınaqlarına çıxırlar.
Ağdam klubu Hollandiya "Tvente"si ilə mübarizə aparır. Cavab oyunu səfərdə olacağı üçün komandamız Bakıdakı ilk görüşdən sərfəli nəticə qazanmağa borcludur.
Paytaxt klubu Serbiya "Partizan"ı ilə mübarizə aparır. Komandamız səfərdəki ilk görüşdən sərfəli nəticə qazanmağa borcludur. Əks halda Bakıdakı cavab oyununda növbəti mərhələyə vəsiqəni təmin etmək çətinləşə bilər.
Avropa Liqası
Pley-off mərhələsi (ilk oyun)
21 avqust
21:00. Qarabağ - Tvente
Hakimlər: Manuel Qrafe, Holger Henşel, Kristian Gittelmann, Quido Vinkmann (Almaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
23:15. Partizan - Neftçi
Hakimlər: Hüseyin Göçek, Mustafa Emre Eyisoy, Orkun Aktaş, Süleyman Abay (Türkiyə).
Belqrad. "Partizan" stadionu.