“Zenit” qrup mərhələsinə daha da yaxınlaşdı
21 Avqust 2014 13:02 İdmanÇempionlar Liqasının play-off mərhələsinin ilk oyunlarına dünən keçirilən 5 oyunla yekun vurulub."Qafqazinfo" xəbər verir ki, Rusiya təmsilçisi "Zenit" səfərdə "Standart"la qarşılaşıb və 1-0 hesablı qələbə qazanıb. Görüşün 16-cı dəqiqəsində Oleq Şatov matçda yeganə qoluin müəllifi olub. 1-0 hesablı qələbə "Zenit"in qrup mərhələsinə adlaması üçün kifayət qədər yaxşı nəticədir.Çünki cavab qarşılaşması "Zenit"in meydanında olacaq. Rusiya təmsilçisi növbəti dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış edə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31