“Neftçi” “Partizan”a qarşı
21 Avqust 2014 11:04 İdmanBu gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçiriləcək. qol.az-ın xəbərinə görə, turnirdə təmsilçilərimizdən olan "Neftçi"də bu gün meydana çıxacaq.Böyükağa Hacıyevin komandası səfərdə Serbiyanın "Partizan" klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.Xatırladaq ki, "Neftçi" 2012/2013 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Partizan"la eyni qrupda mübarizə aparmışdı. Bu komandalar arasında Serbiyada baş tutan ilk görüşdə qapılara qol vurulmamışdı - 0:0. Bakıdakı cavab qarşılaşmasında da qalib müəyyənləşməmişdi. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk etmişdi.Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.
21 avqust
23:15. "Partizan" (Serbiya) - "Neftçi" (Azərbaycan)
Hakimlər: Hüseyin Göçek, Mustafa Emre Eyisoy, Orkun Aktaş, Süleyman Abay (Türkiyə)