Azərbaycan - Özbəkistan: 0-0
Sentyabrın 3-də “Ximki Arena”da Rusiya yığması Azərbaycan komandasını qəbul edəcək
21 Avqust 2014 09:45 İdmanAvqustun 20-də "Bakcell Arena"da futbol üzrə Azərbaycan və Özbəkistan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyunu keçirilib.ANS PRESS-in məlumatına görə, gürcüstanlı baş hakim George Vadaçkorianın idarə etdiyi oyunda hesab açılmayıb.Qeyd edək ki, Özbəkistan ilə qarşılaşma millimizin bu il keçirdiyi üçüncü yoldaşlıq oyunudur. İlin əvvəlində Dubayda Filippin yığması üzərində qələbə qazanan (1:0) yığmamız ABŞ ilə səfər matçında uduzmuşdu - 0:2.Özbəkistan ilə qarşılaşmadan sonra millimiz Moskvaya səfər edəcək və Rusiya yığması ilə yoldaşlıq oyunu keçirəcək. Həmin görüş sentyabrın 3-də "Ximki Arena"da təşkil olunacaq.
21.20
Bu gün futbol üzrə milli komandamız növbəti sınağına çıxıb.
ANS PRESS-in məlumatına görə, Berti Foqtsun başçılıq etdiyi komandamız Özbəkistan yığmasını qəbul edir.
"Bakcell Arena"da keçirilən qarşılaşmaya Bakı vaxtı ilə saat 21.00-da start verilib. Matçı Georgi Vadaçkorianın başçılıq etdiyi Gürcüstandan olan hakimlər briqadası idarə edir.
Bu, Azərbaycan və Özbəkistan milliləri arasında 10-cu qarşılaşma olacaq. Yubiley matçı ərəfəsində Azərbaycanın özbəklər üzərində 4 qələbəsi var. Özbəkistan yığması millimizi 2 dəfə üstələyə bilib. Daha 3 oyunda da tərəflər meydanı sülhlə tərk ediblər. Vurulan 21 qoldan 11-i millimizin aktivindədi.
Qeyd edək ki, yığmamız bu il 2 yoxlama oyunu keçirib. Filippini 1:0 hesabı ilə yenən komandamız ABŞ-a uduzub - 0:3. Sentyabrın 3-də səfərdə Rusiya ilə yoxlama oyunu keçirəcək yığmamız 6 gün sonra AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstanı qəbul edəcək.
Yoldaşlıq oyunu
20 avqust
21.00 Azərbaycan - Özbəkistan
Azərbaycan: Səlahət Ağayev, Rasim Ramaldanov, Ruslan Abışov, Ufuk Budak, Mahir Şukürov (k), Rahid Əmirquliyev, Vaqif Cavadov, Rüfat Dadaşov, Rauf Əliyev, Dmitri Nazarov, Tuğrul Erat.
Özbəkistan: Eldarbəy Suyunov, Yeqor Krimes, İslom Tuxtaxujaev (k), Salim Mustafoyev, Davron Xoşimov, Sardor Raşidov, Fozil Musaev, Camşid İskandarov, Vladimir Kozak, Navruz Olimov, İvan Naqaev.
Hakimlər: Georgi Vadaçkoria, Levan Varamişvili, Levan Todria (Gürcüstan), Ömər Paşayev (Azərbaycan).
AFFA nümayəndəsi: Ramiz Mustafayev (Azərbaycan).
Hakim-inspektor: Gülağa Cabbarov (Azərbaycan).
Bakı. "Bakcell Arena".