“Neftçi”dən növbəti transfer
Paytaxt klubu Çili milli komandasının sabiq üzvü Nikolas Kanalesi rəsmən heyətinə cəlb edib
20 Avqust 2014 18:34 İdman"Neftçi" növbəti transferini rəsmiləşdirib.ANS PRESS-in Peşəkar Futbol Liqasına (PFL) istinadən verdiyi məlumata görə, paytaxt klubu Çili milli komandasının sabiq üzvü Nikolas Kanalesi rəsmən heyətinə cəlb edib.Onun sənədləri Peşəkar Futbol Liqasına təqdim olunub. Çilinin "Kola Kola" klubundan gətirilən futbolçu "Neftçi"də 11 nömrəli formada çıxış edəcək.Qeyd edək ki, Kanales 2012-2013 mövsümündə "Netçi"də oynayıb və Premyer Liqanın bombardiri olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31