"Barselona"ya transfer qadağası

Klub 2015-ci il yanvar ayından yaz transfer dövrünədək transfer edə bilməyəcək

FIFA "Barselona" futbol klubunun transfer qadağasına etdiyi etirazı rədd edib.ANS PRESS-in məlumatına görə, buna görə klub 2015-ci il yanvar ayından yaz transfer dövrünədək transfer edə bilməyəcək.FIFA aprel ayında "Barselona"ya və İspaniya Futbol Federasiyasına beynəlxalq transfer və 18 yaşdan kiçik oyunçular üçün qeydiyyat və rəsmiləşdirmə ilə əlaqədar qaydaları pozduğu səbəbiylə 14 ay transfer qadağası cəzası vermişdi.Bundan sonra "Barselona" Beynəlxalq Arbitraj məhkəməsinə (CAS) müraciət edib. CAS, FIFA qəti qərarını verənə qədər transfer qadağasını saxlamışdı.Ancaq sonda FIFA "Barselona"nın müraciətinə mənfi cavab verib. Bununla da ispan klubu iki transfer dövründə qadağaya məruz qalacaq. FIFA eyni zamanda "Barselona"ya 305 min funt sterlinq pul cəzası da vermişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31