Almaniyadakı boks çempionatında həmyerlimiz qələbə qazanıb
20 Avqust 2014 16:53 İdmanAlmaniyanın Berlin şəhərində beynəlxalq boks çempionatı keçirilib. Almaniyadakı Azərbaycan Diasporunun Mərkəzi Şurasindan "OLAYLAR"-a bildirilib ki, çempionatda Almaniya da daxil olmaqla Keniya, Türkiyə, Çexiya, Bolqarıstan və s. ölkələrdən iştirak edən komandalar içərisində Azərbaycan Respublikasını təmsil edən gənc peşəkar boksçumuz Bəxtiyar Eyubov türkiyəli rəqibi Talib Yılmaza 1-ci raundun 2-ci dəqiqəsində texniki KO ilə qalib gələrək qələbə qazanıb. Xatırladaq ki, Qazaxstanda yaşayan gənc peşəkar boksçumuz Bəxtiyar Eyubov bu döyüşdən əvvəl Amerikanın Texas şəhərində 3 qələbə qazanıb. Bəxtiyar Almaniyada fəaliyyət göstərən "Odlar Yurdu" Boks klubunu təmsil edir.
Qeyd edək ki, boksçumuza Qazaxstandakı "Babek-Kuralıs" şirkətinin rəhbərliyi maddi və mənəvi dəstək olur.