Del Boske: "Heç bir rəqibdən qorxmuram"

İspaniya millisinin baş məşqçisi Visente Del Boske "DÇ-2014"ün püşkatması öncəsi açıqlama verib. Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis heç bir rəqibdən çəkinmədiklərini deyib: 
"Püşkatma kiminlə düşəcəyimizdən qorxmuram. Məni əsas narahat edən futbolçuların bu turnirə hansı səviyyədə gəlməsidir. Heç bir rəqib bizə şans gətirməyəcək".

Qeyd edək ki, "DÇ-2014"ün püşkatması sabah atılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31