"Real" Sami Xedira ilə müqaviləni yeniləyir

"Real" (Madrid) futbolçusu Sami Xedira ilə müqaviləni yeniləmək üçün danışıqlara başlayıb. Qol.Az-ın "Marca"ya istinadən verdiyi məlumata görə, Madrid klubu alman yarımmüdafiəçi ilə müqaviləni 2018-ci ilə qədər uzatmaq istəyir. Yay transferi pəncərsində başqa klubdan göndərilən 40 milyon avroluq təklifi rədd edən S.Xediranın da "Real"la sözləşməni yeniləməyə müsbət baxdığı bildirilir.

Qeyd edək ki, 26 yaşlı oyunçu baş məşqçi Karlo Ançelottinin güvəndiyi və tez-tez forma şansı verdiyi futbolçulardan biridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31