"Qalatasaray"dan şad xəbər
5 Dekabr 2013 19:35 İdmanTürkiyə superliqasında "Konyaspor"la matçda ayaq barmağından zədələndiyi üçün bir müddət forma geyə bilməyən "Qalatasaray"ın qapıçıcısı Fernando Musleranın vəziyyəti yaxşılaşıb. Qol.Az-ın Türkiyə mətbuatına istindadən verdiyi məlumata görə, uruqvaylı qolkiper artıq komanda ilə birlikdə məşqlərə başlayıb.
Baş məşqçisi Roberto Mançinin ona "Elazığspor" və "Yuventus"la matçda oynamağa şans verəcəyi bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31