Tello "Barselona"dan gedəcəyini açıqladı
4 Dekabr 2013 18:50 İdman"Barselona"nın ulduz futbolçusu Kristian Tello, maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, gələcək futbol koryerası barədə danışan ulduz futbolçu bildirib ki, özünü "Barselona"da yaxşı hiss eləsə də, mövsümün sonunda gələcək koryerası barədə konkret qərar verəcək. O, katalon klubunda olduqca güclü rəğabətin mövcud olduğuna diqqət çəkərək qeyd edib ki, əsas heyətdə daha çox yer alacağı komandalardan birinə transfer olmağı da nəzərdən keçirə bilər. K.Tello, bir sıra Avropa klublarından təklif aldığını təsdiqləsə də, bu barədə ancaq gələn ilin may ayında qərar verəcəyini dilə gətirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31