Premyer Liqada növbəti istefa
2 Dekabr 2013 13:34 İdmanİngiltərə Premyer Liqasında daha bir baş məşqçi ilə yollar ayrılıb. Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, "Fulhem"in çalışdırıcısı Martin Yol "Vest Hem"ə məğlubiyyətin ardından istefaya göndərilib. Boş qalmış baş məşqçi postuna müvəqqəti olaraq komandanın məşqçisi Rene Meulenstin gətirilib.
Qeyd edək ki, "Fulhem" hazırda turnir cədvəlində 10 xalla 18-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, daha öncə "Sanderlend"in baş məşqçisi Paulo Di Kanyo istefaya göndərilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31