"Barselona" üçün uğursuz forma

"Barselona" klubunun bu mövsümdən geyindiyi "sarı-qırmızılı" forma komanda üçün düşərli olmayıb. Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi dünən La Liqada ilk məğlubiyyəti olan "Atletik" (Bilbao) klubu matçda (0:1) da məhz bu formanı geyinib. Xerardo Martinonun komandası bu mövsüm "sarı-qırmızılı" forma ilə çıxdığı heç bir matçda qalib gələ bilməyib. Bu qarşılaşmalardan birində məğlub olub, üçündə isə bərabərlik ilə kifayətlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31