Marselo: "Beyl Ronaldo ola bilməz"
2 Dekabr 2013 12:15 İdman"Real" (Madrid) klubunun futbolçusu Marselo komanda yoldaşları Kriştiano Ronaldo ilə Qaret Beylin müqayisə olunmağını düzgün hesab etmir. Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli müdafiəçi deyib ki, uelsli yarımmüdafiəçi son zamanlar yaxşı çıxış etməsinə baxmayaraq, Ronaldoya çata bilməz:
"Beyl ilə Ronaldonu müqayisə edə bilməzsiniz. Kriştiano komandadakı oyunçuların ən yaxşısıdır. Beyl mükəmməl futbolçudur, ancaq bir Ronaldo deyil".
Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi son olaraq "Valyadolid"lə oynanan matçda het-trikə imza atıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31