Bakı Olimpiya Stadionunun tikintisi ilə əlaqədar tədbir keçirilib

Sabunçu rayonu ərazisində inşa edilən Bakı Olimpiya Stadionunun tikintisi və istismarı dövrü üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirlərin Qiymətləndirilməsi (ƏMSTQ) sənədinin layihəsi üzrə ictimai rəyin öyrənilməsi, layihə ilə əlaqədar müzakirələrin aparılması, o cümlədən təklif və rəylərin nəzərə alınması məqsədi ilə dinləmələr keçirilib. Socar.az xəbər verir ki, tədbirdə 2015-ci ildə 1-ci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin ölkəmiz üçün, o cümlədən bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisə olduğu vurğulanmış, regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlər, idmana dövlət dəstəyi və bu istiqamətdə uğurla həyata keçirilən

layihələr barədə məlumat verilib. Tədbirdə Bakı Olimpiya Stadionunun sifarişçisi olan ARDNŞ-nin nümayəndələri təqdimatlarla çıxış edib, stadionun tikinti və istismarı dövrü üçün hazırlanan ƏMSTQ layihəsinin məqsədi, bu sahədə yerli və beynəlxalq qanunvericilik, layihə ərazisində həyata keçirilmiş ilkin ekoloji tədqiqatlar, ətraf mühitə potensial təsirlər və onların yumşaldılması tədbirləri, layihə ərazisində həyata keçirilmiş rekultivasiya işləri, Böyük Şor gölünün ekoloji bərpası, neft və neft məhsullarından təmizlənmiş ərazilərdə yeni infrastrukturların salınması prespektivləri barədə iştirakçılara ətraflı məlumat veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31