Qaret Beyl: "Qalatasaray"a vurduğum qol..."

"Real"ın (Madrid) futbolçusu Qaret Beyl iddialı açıqlama verib. Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, uelsli yarımmüdafiəçi Madrid klubunun bu mövsüm Çempionlar Liqasının kubokunu qazanacağını deyib: "ÇL-i qazanmaq üçün hər şeyə sahibik. 12 illik həsrətin bitəcəyinə inanıram".
ÇL-in qrup mərhələsində "Qalatasaray"la matçda vurduğu qol haqda da danışan Beyl bildirib ki, bu, onun futbolçu karyerasının ən gözəl qollarından biridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31