"Bavariya"da daha bir ciddi itki

"Bavariya"da daha bir futbolçu sıradan çıxıb. Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Çempionlar Liqasının qrup mərhələsində ÇSKA ilə matçda zədələnən komandanın kapitanı Filip Lamın iki oyun meydana çıxa bilməyəcəyi açıqlanıb. Bununla da Münhen təmsilçisində zədəli oyunçuların sayı 7-ə çatıb. Bundan əvvəl Bastian Şvaynştayqer, Frank Riberi, Mario Mandzukiç, Klaudio Pisarro, Xerdan Şaqira və Holqer Badştuber sıradan çıxıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31