Messi haqda növbəti araşdırma

Fransanın "L'Equipe" qəzeti "Barselona"nın futbolçusu Lionel Messinin ötən ildən indiyə kimi tez-tez zədələnməsi ilə bağlı araşdırma aparıb. Qol.Az-ın məlumatına görə, məlum olub ki, argentinalı hücumçu futbolçu karyerası ərzində daha çox ayaq əzələsindən zədələnib. Messi son olaraq "Betis"lə matçda da bu problem səbəbindən meydanı tərk etmək məcburiyyətində qalıb. Ulduz oyunçu bundan əvvəl 2006-ci ilin fevral və mart ayları, 2007-ci ilin dekabr, 2008-ci ilin mart, 2013-ci ilin aprel, may, avqust, sentyabr aylarında əzələsindən zədələnib. Bundan başqa, Messinin 2008/2009 mövsümündən indiyə kimi hər mövsüm ən azı 5000 dəqiqə meydanda qaldığı, hər mövsüm ən azı 60 matçda forma geydiyi məlum olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31