"Bavariya"dan yeni rekord
28 Noyabr 2013 12:33 İdmanAlmaniyanın "Bavariya" klubu yeni rekord müəyyənləşdirib. Qol.Az-ın goal.com-a istinadən verdiyi məlumata görə, Münhen təmsilçisi dünən Çempionlar Liqasında ÇSKA-nı 3:1 hesabı ilə məğlub etməklə ÇL-də ardıcıl 10-cu qələbəsini qazanıb. Bununla da onlar "Barselona"nın 9 matçlıq rekordunu qırıb.
Qeyd edək ki, "Bavariya" sonuncu dəfə ÇL-də 2012/2013 mövsümündə 1/8 finalda "Arsenal"a məğlub olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31