Çempionlar Liqası: "Qalatasaray" yenə darmadağın oldu
28 Noyabr 2013 08:07 İdmanUEFA Çempionlar Liqasının qrup mərhələsində 5-ci turun oyunlarına yekun vurulub. Milli.Az Azerisport.az-a istinadən xəbər verir ki, ikinci oyun günündə A, B, C və D qruplarında 8 qarşılaşma baş tutub.
A qrupunda "Bayer"i səfərdə 5 cavabsız qolla yenən "Mançester Yunayted" 1/8 finala vəsiqə qazanıb. "Şaxtyor" isə doğma meydanda "Real Sosyedad"a divan tutub.
B qrupunda Azərbaycanda da böyük azarkeş kütləsinə sahib olan "Qalatasaray" "Real"ın qonağı olub. İstanbuldakı oyunda 1:6 hesabı uduzan "Cim-Bom" səfər matçında da böyük hesabla yenilib. Qrupun digər oyununda "Yuventus" iki penalti vurduğu "Kopenhagen"i yenərək 1/8 finala vəsiqə yolunda önəmli addım atıb.
D qrupunda PSJ növbəti mərhələyə vəsiqə əldə edib. Paris klubu evdə "Olimpiakos"dan üstün olub. "Benfika" isə "Anderlext"i son dəqiqə qolu ilə yenib.
D qrupunda "Bavariya" ÇSKA-nı 3 qolla yenib. "Mançester Siti" isə "Viktoriya"dan üstün olub.
Çempionlar Liqası
Qrup mərhələsi
5-ci tur
27 noyabr
A qrupu
Bayer (Almaniya) - Mançester Yunayted (İngiltərə) - 0:5
Qollar: Valensiya, 22, Spahiç, 30-öz qapısına, Evans, 66, Smallinq, 77, Nani, 88.
Şaxtyor (Ukrayna) - Real Sosyedad (İspaniya) - 4:0
Qollar: Adriano, 37, Teyşeyra, 48, Kosta, 68; 87.
1 Mançester Yunayted 5 3 2 0 11 3 +8 11
2 Şaxtyor D 5 2 2 1 7 5 +2 8
3 Bayer 5 2 1 2 8 10 -2 7
4 Real Sosyedad 5 0 1 4 1 9 -8 1
B qrupu
Real (İspaniya) - Qalatasaray (Türkiyə) - 4:1
Qollar: Beyl, 37-pen, Arbeloa, 51, Di Mariya, 63, İsko, 81 - U.Bulut, 38.
Yuventus (İtaliya) - Kopenhagen (Danimarka) - 3:1
Qollar: Vidal, 29-pen; 61-pen; 63 - Mellberq, 56.
1 Real M 5 4 1 0 18 5 +13 13
2 Yuventus 5 1 3 1 9 8 +1 6
3 Qalatasaray 5 1 1 3 7 14 -7 4
4 Kopenhagen 5 1 1 3 4 11 -7 4
C qrupu
Anderlext (Belçika) - Benfika (Portuqaliya) - 2:3
Qollar: Manqulu, 18, Bruno, 76 - Matiç, 34, Manqulu, 52-öz qapısına, Rodriqo, 90.
PSJ (Fransa) - Olimpiakos (Yunanıstan) - 2:1
Qollar: İbrahimoviç, 7, Kavani, 90 - Manolas, 80.
1 PSJ 5 4 1 0 15 3 +12 13
2 Olimpiakos 5 2 1 2 7 7 0 7
3 Benfika 5 2 1 2 6 7 -1 7
4 Anderlext 5 0 1 4 3 14 -11 1
D qrupu
ÇSKA (Rusiya) - Bavariya (Almaniya) - 1:3
Qol: Honda, 61-pen - Robben, 17, Qotze, 56, Müller, 65-pen.
Mançester Siti (İngiltərə) - Viktoriya (Çexiya) - 4:2
Qollar: Aquero, 33-pen, Nasri, 65, Neqredo, 79, Ture, 90 - Horava, 43, Teçl, 69.
1 Bavariya 5 5 0 0 15 2 +13 15
2 Mançester Siti 5 4 0 1 15 8 +7 12
3 ÇSKA M 5 1 0 4 7 15 -8 3
4 Viktoriya 5 0 0 5 4 16 -12 0