"Qalatasaray" Droqbaya 2 illik yeni müqavilə təklif edir

İstanbulun "Qalatasaray" futbol klubu, təcrübəli ulduz futbolçusu Didye Droqbaya daha yeni müqavilə imzalamağa hazırlaşır. Siasport.az saytı xəbər verir ki, bu barədə Türkiyənin nüfuzlu "Fanatik.com.tr" idman saytı məlumat yayıb. Saytın yaydığı məlumatda deyilir ki, "cim bom" rəhbərliyi, şəxsən klubun prezidenti Ünal Aysal ulduz futbolçu ilə danışıqlara başlamaq, onu daha 2 illik müqavilə imzalamağa razı salmaq üçün xüsusi göstəriş verib. Məlumata əsasən, "Qalatasaray" rəhbərliyi təcrübəli ulduz futbolçunun Avropa klublarının da diqqət mərkəzində olduğunu nəzərə alaraq, gələn il bitəcək hazırkı müqavilənin müddətini elə bəri başdan artırmağı planlaşdırır. Xatırladaq ki, D.Droqba bundan əvvəl verdiyi açıqlamalarında, hazırkı müqavilə başa çatandan sonra "Qalatasaray"da qalıb-qalmayacağı barədə konkret qərar verməyə tələsmədiyini dilə gətirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31