"Mançester Yunayted" "Bayer"lə oyuna ciddi itkilərlə çıxacaq
27 Noyabr 2013 12:08 İdman"Mançester Yunayted" Çempionlar Liqasının qrup mərhələsində "Bayer"lə (Leverkuzen) oyuna ciddi itkilərlə çıxacaq.Qol.Az-ın məlumatına görə, komandanın kapitanı Nemanya Vidiç və hücumçu Robin Van Persi zədə səbəbindən bugünkü vacib qarşılaşmanı buraxmalı olacaq.
"Qırmızı şeytanlar"ın baş məşqçisi David Moyes yerli mətbuata açıqlamasında bildirib ki, Van Persinin durumu yaxşı olsa da, hələlik oyuna hazır deyil və buna görə riskə getmək istəmir.
Qeyd edək ki, 30 yaşlı futbolçu Hollandiya milli komandasının heyətində məşq zamanı zədələnib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31