Mourinyo: "Çelsi" məğlubiyyəti haqq etdi"
27 Noyabr 2013 12:07 İdman"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo dünən Çempionlar Liqasında "Bazel"lə keçirilən oyun haqda danışıb.Qol.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis komandasının bu məğlubiyyəti haqq etdiyini bildirib: "Çelsi" oyunu pis keçirdi və bu məğlubiyyəti haqq etdi. Komandamın birinci dəqiqədən sərgilədiyi oyun məni qane etmədi. Müdafiədə səhvlərə yol verdik. Yalnız ikinci hissədə müəyyən qədər təşəbbüsü ələ ala bildik. Düşünürəm ki, millidən qayıdan futbolçularım yorğun idi".
Qeyd edək ki, səfərdə "Bazel"ə 0:1 hesabı ilə uduzan "Çelsi" qrup liderliyini qoruyub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31