Arda Turan “Qalatasaray”ın düşərgəsində
27 Noyabr 2013 12:05 İdman"Atletiko"nun (Madrid) futbolçusu Arda Turan hazırda Madriddə olan keçmiş klubu "Qalatasaray"ın düşərgəsini ziyarət edib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, Çempionlar Liqasının qrup mərhələsində bu gün "Real"ın qonağı olacaq İstanbul klubuna dəstək olan türk yarımmüdafiəçi onlara güvəndiyini deyib. O, görüş zamanı"Atletiko"nun bu mövsüm "Real"ı "Santyaqo Bernabeu"da məğlub etdiyini xatırladıb və futbolçulara daha istəkli oyun nümayiş etdirməli olduğunu bildirib.
Arda həmçinin ÇL-in finalında "Qalatasaray"la qarşılaşmaq istədiyini qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31