"Barselona"dan bir ilk

"Barselona" Çempionlar Liqasında "Ayaks"a məğlub (1:2) olmaqla bir ilkə imza atıb. Qol.Az-ın məlumatına görə, bu mövsüm ardıcıl 20 oyunda uduzmayan klubun bu qarşılaşma ilə məğlubiyyətsizlik seriyası qırılıb. Bununla klubun baş məşqçisi Xerardo Martino da komandanın keçmiş çalışdırıcısı Pep Qvardiolanın 21 oyunluq rekordunu qıra bilməyib. 
Qeyd edək ki, Kataloniya klubu hazırda ÇL-də H qrupunda 10 xalla birinci pillədədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31