Xerardo Martino "Ayaks"a məğlubiyyətdən danışdı
27 Noyabr 2013 12:03 İdman"Barselona"nın baş məşqçisi Xerardo Martino Çempionlar Liqasının qrup mərhələsində "Ayaks" qarşısında məğlubiyyəti (1:2) şərh edib. Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, argentinalı mütəxəssis komandasının bir hissədə çox pis oyun nümayiş etdirdiyini deyib: "Kim olduğumuzu göstərə bilmədik və ilk 45 dəqiqədə qapımızda iki qol gördük. Futbolçularımın çıxışları rəqibinkindən zəif idi".
Martino bildirib ki, "Barsa" yalnız iki hissədə bir az yaxşı təsir bağışlayıb: "Ancaq bu da istədiyimiz nəticəni əldə etmək üçü yetərli olmadı. Hamımız belə zəif çıxış etməyimizin səbəbini düşünməliyik. Birinci hissədəki oyunumuz qəbuledilməzdi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31