Marselo: "Qalatasaray"ı məğlub etməklə..."
26 Noyabr 2013 18:15 İdman"Real" (Madrid) klubunun müdafiəçisi Marselo Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah qarşılaşacaqları "Qalatasaray"la oyunöncəsi açıqlamalar verib.
Qol.Az-ın məlumatına görə, braziliyalı futbolçu sabah axşam "Qalatasaray"ı məğlub etməklə 1/8 finala vəsiqə qazanmaq istədiklərini bildirib:
"Çempionlar Liqasında qısa zamanda qrupdan çıxmağı rəsmiləşdirmək istəyirik. Bunun üçün gözəl şansımız var. "Qalatasaray"a qalib gəlməklə 1/8 finala vəsiqəni təmin edəcəyik. Bunun bacaracağımıza inanıram".
Qeyd edək ki, "Real" - "Qalatasaray" oyunu sabah axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31