“Tottenhem” Andre Villaş-Boaşı istefaya göndərir?
26 Noyabr 2013 18:45 İdman"Tottenhem" baş məşqçisi Andre Villaş-Boaşla yolları ayıra bilər. Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, komandanın son turda "Mançester Siti"yə 0:6 hesabı ilə məğlub olması klub rəhbərliyi tərəfindən narazılıqla qarşılanıb. Bundan başqa, portuqaliyalı mütəxəssisin qarşılaşmadan sonra futbolçularına "onlar utanmalıdırlar" ifadəsini səsləndirməsi oyunçuların da əhvalının pozulmasına səbəb olub.
Əgər "Tottenhem" bazar günü "Mançester Yunayted"lə matçda da məğlub olarsa, A.Villaş-Boaş istefaya göndəriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31