"Mançester Yunayted"lə 1000-ci oyunuma çıxmaq istəyirəm"

"Mançester Yunayted" klubunun futbolçusu Rayan Qiqqz gələcək karyerası haqda danışıb. Qol.Az-ın məlumatına görə, uelsli futbolçu "Mançester Yunayted"lə 1000-ci oyununa çıxmaq istədiyini bildirib: "Düzünü desəm, bu barədə heç düşünməmişəm. Təbii ki, komandamla 1000-ci oyuna çıxsam, bu mənim üçün əla olar. Alınmazsa, bu barədə danışmağa dəyməz. Əgər yaxşı oyun sərgiləsəm, karyeramı davam etdirəcəm. Çünki "Mançester Yunayted"lə 1000-ci oyunuma çıxmaq istəyirəm".

Qeyd edək ki, 1990-cı ildən "Mançester Yunayted"in şərəfini qoruyan Qiqqz bu komandanın heyətində 954 oyun keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31