Sergen Yalçın Koronovirusa Yoluxub
Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi Sərgən Yalçın koronavirusa yoluxub.
12 Sentyabr 2020 13:19 İdmanTürkiyənin "Beşiktaş" klubunun baş məşqçisi Sərgən Yalçın koronavirusa yoluxub.
Olaylar.az-ın məlumatına görə, bunu 48 yaşlı məşqçi özü açıqlayıb.
Mütəxəssis bildirib ki, Türkiyə Super Liqasının 1-ci turunda sentyabrın 13-də "Trabzonspor"la səfərdə keçiriləcək oyundan əvvəl ondan götürülən testin nəticəsi pozitiv çıxıb. Dərhal karantinə alınan Yalçının müayinəsinə start verilib.
Qeyd edək ki, Sərgən Yalçın "Beşiktaş"ın baş məşqçi postuna bu il keçib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31