Yunan-Roma yığmamız komanda hesabında üçüncü oldu
14 Mart 2016 11:31 İdmanLatviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı başa çatıb. AGF-dən "OLAYLAR"-a bildirilib ki, yığma komandalarımız çempionatı ümumilikdə 2 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurub. Yunan-Roma güləşi üzrə yarışlarda güləşçilərimiz 2 bürünc medal qazanıb. Kamran Məmmədov və Həsən Əliyev fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb. Ümumilikdə, 2 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz komanda hesabında üçüncü pillədə qərarlaşıb. Avropa çempionatında 2 qızıl və 1 bürünc medal qazanan qadın güləşçilərimiz isə komanda hesabında 4-cü yeri tutub. Qadın güləşçilərimizin heyətində Mariya Stadnik və Nataliya Sinişin qızıl, Yuliya Ratkeviç bürünc medala sahib olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31